Əfqanıstan xarici işlər naziri Zarar Əhməd Osmani Azərbaycana səfərinin tarixi məlum olub.
Bu barədə APA-ya məlumat verən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib ki, nazir martın 5-7 ölkəmizə gələcək.
Səfər zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişaf perspektivləri müzakirə olunacaq, bir sıra sənədlər imzalanacaq.
İki ölkə arasında diplomatik pasportlara sahib olan şəxslərə viza rejiminin ləğv olunmasını nəzərdə tutan sazişin imzalanması gözlənilir.