Əfqanıstan XİN: Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik

Əfqanıstan XİN: Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyirik
SİYASƏT
13:28 21.09.2020
896
Əfqanıstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Eyni zamanda Əfqanıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.

Bu barədə AZXEBER.COM-a Əfqanıstan Xarici İşlər Nazirliyindən bildirilib.  

Məlumatda həmçinin Lapis-Lazuli nəqliyyat dəhlizi işə salınandan sonra iki ölkə arasında daha geniş əməkdaşlıq imkanlarının açılacağı da qeyd olunub: "Nəqliyyat, tranzit, rabitə məsələlərilə bağlı Əfqanıstan, Azərbaycan və Türkmənistanın müvafiq işçi qrupları arasında ilk görüş 2020-ci il iyulun 27-də keçirilib. Əsas məqsəd kommersiya yüklərinin daşımalarında qarşılıqlı dəstəkdir”.

Bununla yanaşı, cari ilin iyun ayında Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün Əfqanıstan tərəfinə humanitar yardım şəklində 22,76 ton dava-dərman verdiyi də xatırlanıb.

OXŞAR XƏBƏRLƏR