Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib

Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
DÜNYA
22:27 25.10.2026
159
Əfqanıstanın Hindukuş dağlıq rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, yeraltı təkanların episentri əhalisi təxminən 161 min nəfər olan Qunduz şəhərindən 206 km şərqdə yerləşib.

Zəlzələnin ocağı 104 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
 
///report////
OXŞAR XƏBƏRLƏR