Əfqanıstanda daha bir məsciddə terror aktı: ölən və yaralanan var

Əfqanıstanda daha bir məsciddə terror aktı: ölən və yaralanan var
DÜNYA
14:46 15.10.2021
334
Əfqanıstanın Qəndəhar şəhərində şiələrin toplaşdığı "Bibi-Fatimə” məscidində partlayış baş verib. Verilən məlumata görə, intiharçı terrorçu özünü partladıb.

İlkin məlumatlara görə azı 25 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
 
Xatırladaq ki, ötən cümə günü də Qunduz vilayətində şiələrin toplaşdığı Seyid-Abad məscidində partlayış törədilmişdi. Həmin terrorda məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.
 

OXŞAR XƏBƏRLƏR