Əfqanıstanda daşqınlar onlarla insanın həyatına son qoyub

Əfqanıstanda daşqınlar onlarla insanın həyatına son qoyub
DÜNYA
19:39 14.08.2022
297
Əfqanıstanda leysan yağışlar üç əyalətdə daşqınlara səbəb olub, azı 21 nəfər təbii fəlakətin qurbanı olub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report” "Sinxua” agentliyinə istinadən xəbər verir.

Güclü yağışlar ölkənin şərq və mərkəzi bölgələrində yerləşən Lohar, Vardak və Host əyalətlərinin bir çox kənd və qəsəbələrinə ziyan vurub.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Qeyd edilir ki, xeyli sayda insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Bundan əlavə, təbii fəlakət yüzlərlə yaşayış binasını dağıdıb, böyük əkin sahələrini və onlarla meyvə bağını məhv edib.
OXŞAR XƏBƏRLƏR