Əfqanıstanda itkin düşən sovet əsgəri 33 il sonra tapıldı - FOTO

Əfqanıstanda itkin düşən sovet əsgəri 33 il sonra tapıldı - FOTO
09:09 07.03.2013
2634
1980-ci ildən itkin düşmüş hesab edilən sovet əsgəri 33 il sonra Əfqanıstanda sağ-salamat tapılıb.AZXEBER.COM-un “Rossiya-24” telekanalına istinadən verdiyi məlumata görə, bu, Özbəkistanın Səmərqənd şəhərindən olan Bəhrəddin Həkimovdur. O, vaxtilə Herat əyalətində motoatıcı alayda xidmət edib.Məlum olub ki, hərbi əməliyyat zamanı Bəhrəddin Həkimov ağır yaralanır. Onu ölümdən yerli sakinlər xilas edirlər. Sağalan sovet əsgəri Əfqanıstanda qalmağa qərar verir. O, hazırda Heratda Şeyx Abdulla adı ilə yaşayır.Bəhrəddin rus dilini çətinliklə anlayır. Onun sözlərinə görə, Özbəkistanda yaşayan qohumları ilə görüşəcəyinə ümid edir.
OXŞAR XƏBƏRLƏR