Əfqanıstanda naməlum epidemiya yayıldı

Əfqanıstanda naməlum epidemiya yayıldı
DÜNYA
13:51 21.12.2022
182

Əfqanıstanın Cənubi Zabul əyalətində naməlum xəstəlik epidemiyası iki uşağın həyatına son qoyub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Əfqanıstanda naməlum epidemiya sürətlə yayılır. 80 nəfərdə şübhəli xəstəlik aşkar edilib, iki uşaq dünyasını dəyişib.

Zabul Əyalətinin Səhiyyə Müdiri Əbdül Hakim Hakkani Şahcoy rayonunda şübhəli bir epidemiyanın yayıldığını və tibb qruplarının hələ bu epidemiyanın hansı səbəbdən yarandığını aşkar etmədiyini açıqlayıb.

Həkimlər infeksiyanın əsas əlaməti kimi şiddətli hərarəti, ağız və burundan qanaxmanı göstərirlər.

Ayşən
OXŞAR XƏBƏRLƏR