Əfqanıstanın qərbində yerləşən Qor əyalətində törədilən partlayış nəticəsində 6 dinc sakin ölüb.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan hökumət nümayəndələri bildirib.
Hadisə ilə bağlı başqa məlumat yayılmayıb.
Partlayışın məsuliyyətini heç bir qruplaşma hələ ki, üzərinə götürməyib.