Əfqanıstanda partlayış törədilib, ölənlər və xəsarət alanlar var

Əfqanıstanda partlayış törədilib, ölənlər və xəsarət alanlar var
DÜNYA
21:48 01.06.2021
616
Əfqanıstanda partlayış törədilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli "Tolo News” telekanalı təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Kabildə baş verib. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.

Telekanal bildirib ki, hədəf şəhər avtobusu olub. Şahidlər ölənlərin sayının 30-a çata biləcəyini bildiriblər.

Hadisənin təfərrüatı açıqlanmır.
OXŞAR XƏBƏRLƏR