Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanda partlayış törədilib, ölənlər və yaralananlar var
SİYASƏT
18:08 13.12.2020
669
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.

Bu barədə "Pajvok” agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hadisə nəticəsində ölənlər var. "Kabildə baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, həmin sayda da insan yaralanıb”, - xəbərdə bildirilir.

İlkin məlumata görə, həlak olanlar və xəsarət alanlar mülki şəxslərdir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
OXŞAR XƏBƏRLƏR