Əfqanıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb

Əfqanıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb
DÜNYA
11:24 30.05.2026
360
Əfqanıstanın şərqindəki Laqman vilayətində yük maşınının aşması nəticəsində ən azı 18 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

AZXEBER.COM xəbər verir ki,  bu barədə "Xinhua" yerli polis idarəsinə istinadən xəbər verir.

Məlumata görə, yol-nəqliyyat hadisəsi paytaxt Kabulu şərq vilayətləri ilə birləşdirən magistral yolda baş verib - sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Bir neçə nəfərin vəziyyəti ağırdır.
 
report
OXŞAR XƏBƏRLƏR