Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artdı

Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı artdı
DÜNYA
21:46 03.09.2025
236
Əfqanıstanda avqustun 31-də baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 1 457 nəfərə çatıb, ən azı 3 394 əfqan isə yaralanıb.

Bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsinin müavini Həmdullah Fitrət "X" hesabında məlumat verib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 6 782 ev dağılıb.

Qeyd edək ki, daha əvvəl Əfqanıstan hakimiyyəti 1411 ölən və 3124 yaralı barədə məlumat vermişdi.

Xatırladaq ki, Əfqanıstanın şərqində, Hindukuş bölgəsində 6 bal gücündə zəlzələ qeydə alınıb, fəlakətin episentri təxminən 10 km dərinlikdə yerləşib. Zəlzələnin əks-sədaları Hindistanın Nyu-Delhi şəhəri də daxil olmaqla, geniş ərazilərdə hiss olunub.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR