Əfqanıstanın Paktika və Host əyalətlərində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 500 nəfərə çatıb.
AZXEBER.COM xəbər verir ki, "Taliban" hərəkatı məlumatı təsdiqləyib.
Təbii fəlakət zamanı 2 000-dən çox insan da müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, ötən gün Əfqanıstanın Paktika, Host, Laqman, Qəzni, Lohar və Kabil əyalətlərində 6,1 bal gücündə zəlzələ baş verib.