Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 812 nəfərə çatıb. Bu barədə mətbuat konfransında ölkə hökumətinin rəsmi nümayəndəsi Zabihulla Mücahid məlumat verib. Onun sözlərinə görə, xəsarət alanların sayı isə 2817-yə çatıb.