Əfqanıstanda zəlzələdən sağ çıxanların axtarışı başa çatdı

Əfqanıstanda zəlzələdən sağ çıxanların axtarışı başa çatdı
DÜNYA
21:56 06.09.2025
324
Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını dayandırıb.

Bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə "Əl-Cəzirə" telekanalına bildirib.

"Zəlzələdə sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2 204 nəfərə çatıb, 4 000-ə yaxın insan isə yaralanıb", - o bildirib.

Zəlzələnin episentrinin yerləşdiyi rayonun rəhbəri qeyd edib ki, hakimiyyət zərərçəkənləri və məcburi köçkünləri yerləşdirmək üçün ciddi çadır çatışmazlığı ilə üzləşib.
 
/report
OXŞAR XƏBƏRLƏR