Əfqanıstanın Azərbaycana təyin etdiyi yeni səfir Bakıya gəldi

Əfqanıstanın Azərbaycana təyin etdiyi yeni səfir Bakıya gəldi
SİYASƏT
19:26 14.11.2020
689

Əfqanıstan İslam Respublikasının Azərbaycan Respublikasına təyin etdiyi yeni Fövqəladə və Səlahiyyətli Səfiri Amanullah Ceyhun Bakıya gəlib.

AZXEBER.COM xəbər verir ki, o, bu təyinatadək Əfqanıstan Xarici İşlər Nazirliyinin İdarə rəisi vəzifəsində çalışıb.

Amanullah Ceyhun Əfqanıstanın Türkiyə Respublikasında və Avstraliyada səfiri olub. Bununla yanaşı, ölkəsinin Malayziya, Almaniyadakı nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb. Səfir ingilis, türk, ərəb, fars, özbək dillərini bilir. Amanullah Ceyhun həm də Əfqanıstanın Gürcüstanda səfiri kimi fəaliyyət göstərəcək.

OXŞAR XƏBƏRLƏR