Əfran İsmayılov: "Gecə klublarına, barlara getmirəm çünki..." (MÜSAHİBƏ)

Əfran İsmayılov: "Gecə klublarına, barlara getmirəm çünki..." (MÜSAHİBƏ)
İDMAN
19:31 09.09.2011
2802
 Yığma komandanın və "Qarabağ"ın aparıcı üzlərindən olan Əfran İsmayılov AZXEBER.COM-a müsahibə verib. - Əfran, Belçika və Qazaxıstan yığmalarından 4 xal almağımız səninçün sürpriz olmadı?- Mən oyundan əvvəl də demişdim ki, hər iki oyunda qələbə qazanmağı qarşımıza məqsəd qoymuşuq. Ona görə də bu oyunların nəticəsi mənimçün sürpriz olmadı. Hazırda 7 xalımız var. Çalışacağıq ki, Avstriyanı da udaq.- Belçikaya ilə oyun bizim qədər Türkiyə üçün də əhəmiyyətli idi. Belə olan halda demək olar ki, biz o xalı məhz Türkiyə üçün qazandıq? - Oyuna çıxanda mənim bu haqda məlumatım yox idi. Ağlıma da gəlməzdi ki, Türkiyə bizdən uğur gözləyir. Biz çıxıb öz oyunumuzu oynadıq. Belə də ki, biz Türkiyəyə yaxşılıq etmişdiksə, Türkiyə də gərək Avstriyanı udub bizi 4-cülüyə qaldırardı. Biz inşallah gedib Türkiyəni də udacağıq. Çünki onlar artıq indidən başlayıblar ki, Azərbaycanla oyunda 3 xalımız cibimizdədir. İlk oyundan öncə də bunu deyirdilər. Amma nəticəni hamı gördü. Biz əlimizdən gələni edəcəyik ki, qrupda 3-cü yeri tutaq. - Amma Arda deyir ki, Türkiyədə Azərbaycanı rahat məğlub edəcyik. Səncə Arda nə istəyir bizdən? - Ardanın bu sözləri məni sevindirir. Qoy elə bizimlə oyuna belə hazırlaşsınlar. Necə ki, ilk oyundan öncə danışırdılar sonra isə susdular, indi də elə olacaq. Bu bizim üçün yaxşıdır. Qoy elə düşünsün. Türkiyədən ən azı bir xal almağa çalışacağıq. - Qazaxıstanla matçdan sonra xəbər yayıldı ki, AFFA prezidenti hər birinizə 50 min AZN pul verib. Bu nə dərəcə düzgündür və ya neylədin o pulu?- Bu haqda hələ məlumatım yoxdur. “Premiyanı” alanda biləcəm və deyəcəm (gülür)- Ermənistanın seçmə mərhələdə 14 xalı var, bizim isə 7. Onların bu uğuru haqda nə deyə bilərsən?- Futbol elə sürətlə inkişaf edir ki, bir də baxırsan ölkələrə görürsən çox böyük uğurlar qazanıblar. Ermənilərin də bu uğuru məni təəcübləndirdi. Bizdə də inkişaf göz önündədir. Onlar hazırda qrupda 3-cü yerdilər biz də çalışacağıq ki, son 2 oyunda qalib gəlib seçmə mərhələni 3-cü yerdə bitirək. Qrupda 7 xal qazanmaq böyük uğurdur. Səfərdə Qazaxıstanı məğlub etsəydik, bizim də qrupdan çıxmaq şansımız qalacaqdı. - Qarabağ nəhayət bu il çempion ola biləcəkmi?- Bu il çempionluğu qarşımıza məqsəd qoymuşuq. Şansımızı maksimum qiymətləndirirəm. -Heyətimiz də çox güclüdür, bu il çempion olacağıq inşallah.  - Səni nə vaxt xarici klublarda oynayan görəcəyik. Yanvarda mümkündürmü bu?- Yox, yanvarda inanmıram. İstəyirəm tam formaya düşüm. May ayında və ya gələn qış xaricə getmək istəyirəm. - Əfran, son dəfə gecə klubunda nə vaxt olmusan?- Mən gecə klublarına, barlara getmirəm. Bu tip yerlər çox səs-küylü olur. Bir neçə dəfə dostlarım məni gecə klubuna aparıb. Lakin oranı tez tərk etmişəm. Mən sakitliyi sevirəm".- “Facebook”da varsan?

- Əvvəl var idim. Amma indi bağlamışam. “Facebook” çox vaxtımı alır. Ona görə daha girmirəm ora. 

Hacıbəy HEYDƏRLİ

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
14:42 12.05.2025
Yelo Bank-dan fərdi sahibkarlar üçün onlayn imkan!
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
14:37 12.05.2025
Pakistan PKK-nın buraxılmasını Türkiyədə sülhə doğru addım kimi alqışlayıb
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
14:16 12.05.2025
AZAL Pakistan və Hindistana reysləri mərhələli şəkildə bərpa edir
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
14:14 12.05.2025
Əməkdar artist Prezidentin onun mahnısını dinləməsindən danışdı
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
14:14 12.05.2025
Daha Rusiyaya gedə bilməyəcəyik? - Ağır şərtlər
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
14:11 12.05.2025
Ani başgicəllənmə bu xəstəliyin əlaməti ola bilər
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
14:00 12.05.2025
Talassemiya xəstəsindən şok əməl: "Qanından istifadə edib bir neçə nəfəri əsgərlikdən saxlayıb"
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
13:55 12.05.2025
"Qəlbinizdə yerim olduğu üçün çox xoşbəxtəm" - Sevda Ələkbərzadə
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
13:46 12.05.2025
Azərbaycan və Bəhreyn XİN rəhbərləri görüşdü
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
13:42 12.05.2025
Qazaxıstandan qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni AÇIQLAMA
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
13:39 12.05.2025
Elnarə Abdullayeva da qalmaqala qoşuldu: "Məni heç kim məşhur etməyib"
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
13:36 12.05.2025
Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edildi
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
13:30 12.05.2025
Balaca Elxan təcili əməliyyat olunmalıdır - FOTO - VİDEO
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
13:22 12.05.2025
"Gözlənilməz hadisələrə hazırlıqlı olun" - Astroloqdan XƏBƏRDARLIQ
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
13:18 12.05.2025
Gəncədə yaşayış binasında partlayış - Ölən və xəsarət alan var
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır
13:16 12.05.2025
Enerji içkiləri gənclər üçün təhlükəlidir – Mütəxəssislər həyəcan təbili çalır