İsveçrənin Bern şəhərində futbol üzrə xeyriyyə oyunu keçirilib.
AZXEBER.COM xəbər verir ki, görüş Filippində tufandan zərər çəkmiş insanlara kömək üçün vəsait yığmaq məqsədi ilə təşkil olunub.
BMT-nin “Kasıblıqla mübarizə” illik aksiyası çərçivəsində keçirilən oyunda “Ronaldo-Zidan-Fiqunun dostları” komandası ilə “Yanq Boyz”un veteranlardan ibarət kollektivi qarşılaşıb. RZF-in heyətinə yaxın keçmişin bu əfsanəvi futbolçuları cəlb olunub:
qapıçılar: Antonios Nikopolidis, Karlo Kudiçini;
müdafiəçilər: Paolo Maldini, Fabio Kannavaro, Canluka Zambrotta, Fernando Yerro, Miçel Salqado, Cimmi Karrager, Paulu Ferreyra, Fernandu Koutu;
yarımmüdafiəçilər: Zinəddin Zidan, Patrik Vieyra, Rober Pires, Kristian Karambö, Luiş Fiqu, Paulu Souza, Pavel Nedved, Freddi Yunqberq, Qaiska Mendyeta, Cennaro Qattuzo, Ronald de Bur, Santyaqo Solari, Xidetosi Nakata, Stiv Makmanaman;
hücumçular: Ronaldo, Marta (xanım futbolçu), Covanni Elber, Davor Şuker, Hakan Şükür, Yuri Corkayeff, Kristian Vyeri, Nuno Qomeş.
Bern şəhər “Stad de Suiss” stadionunda keçirilən, məşhur Pyerluici Kollinanın əsas hakim olduğu xeyriyyə matçı RZF-in 8:6 hesablı qələbəsi ilə başa çatıb.