Əfsanəvi idmançı 84 yaşında vəfat edib

İDMAN
19:41 01.10.2024
222
Amerikalı əfsanəvi beysbolçu Pit Rouz 84 yaşında vəfat edib.

O, dünyasını dəyişən zaman həkim nəzarətində olmayıb və nəşini ailə üzvlərindən biri aşkarlayıb.

Bu səbəbdən sabiq idmançının ölüm səbəbi bəlli deyil.

Qeyd edək ki, P.Rouz 1963-1986-cı illərdə "Major League Baseball"da çıxış edib. O, üç dəfə çempionluq sevinci yaşayıb, bu liqanın və dünya seriyasının ən dəyərli beysbolçusu seçilib. P.Rouz oyun sayına (3562) görə də rekordçudur.
 
///report

OXŞAR XƏBƏRLƏR