Minlərlə insan cümə axşamı 91 yaşında vəfat edən əfsanəvi italyan modelyer Corcio Armani ilə vidalaşmağa gəlib.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, vida mərasimi Milandakı Armani Teatrında - 2001-ci ildə şirkətin mənzil qərargahına çevrilmiş keçmiş "Nestlé" şokolad fabrikində keçirilir və iki gün davam edəcək.
Dəfn mərasimi bazar ertəsi ailə üzvlərinin iştirakı ilə keçiriləcək.
Milyardlarla dollarlıq moda imperiyasına rəhbərlik edən Armani bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra vəfat edib. "Forbes"in hesablamalarına görə, dizaynerin sərvəti təxminən 11,8 milyard dollar təşkil edir. Armaninin övladı olmadığı üçün onun imperiyasının gələcəyi ilə bağlı məsələ açıq qalır.