xari

Əfsanəvi komandirin zabit qızları illər sonra atalarının Ağdamdakı məzarını ziyarət etdilər - VİDEO

SOSİAL
11:47 27.11.2020
888
27 ildən sonra Ağdamın düşmən işğalından azad edilməsi nəticəsində Azərbaycanın Milli qəhrəmanı Allahverdi Bağırovun qızları onun məzarını ziyarət ediblər.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qızları onun məzarı üzərinə Azərbaycanın dövlət bayrağını sərib, şəklini asıb, güllər düzüb və dua ediblər. 

Milli Qəhrəmanın hər iki qızı Dövlət Sərhəd Xidmətində çalışırlar.

DSX-nin Tibb xidməti kapitanı Aynur Bağırova bildirib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir: 

"Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək, bu gün fəxrlə DSX-nin zabiti olaraq məzarını ziyarət etməyimlə qürur duyuram. Əminəm ki, bu gün 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları rahatlıq tapacaq”.

Şəhidin digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova qeyd edib ki, bu gün 1993-cü ildə tərk etdiyi Vətən torpağında, sonuncu dəfə altı yaşında ziyarət etdiyi atasının məzarı önündədir:

"Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək, sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

Milli Qəhrəmanın qızları doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.

Görüntüləri təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:59 20.01.2021

“İslahatçı Gənclər” 20 yanvar şəhidlərini anıb: Şəhidlər Xiyabanı ziyarət edildi, onlayn konfrans keçirildi

22:48 20.01.2021

Cəlilabadda qar fəsadlar törədib

21:46 20.01.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzi 20 Yanvar Şəhidlərini yad edib - FOTOLAR

21:35 20.01.2021

ABŞ-ın yeni prezidenti : “Demokratiya qalib gəldi”

20:36 20.01.2021

DİN-in "Telegram" kanalında yenilik - FOTO

19:55 20.01.2021

Kəlbəcər rayonunun Nadirxanlı kəndinin görüntüləri – VİDEO

18:49 20.01.2021

İsrail səfiri 20 Yanvar qurbanlarının xatirəsini anıb

18:29 20.01.2021

Ziyalılar Prezidentə Eldar Həsənovun zaminə buraxılması ilə bağlı müraciət etdilər - FOTOLAR

18:07 20.01.2021

Siyavuş Novruzov: “Karxanada daş atıb, 10 manat alırdım”

18:05 20.01.2021

Nigar və Aygün bu dəfə şəhidlərə mahnı həsr etdi - Video

16:35 20.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

16:10 20.01.2021

“20 Yanvar qurbanlarının qarşısında baş əyirəm” - Paşinyan

16:07 20.01.2021

Əfv Komissiyasının üzvü: “Müraciətlər həddən artıq çoxdur, yeniliklər gözlənilir”

15:35 20.01.2021

İtaliya hökuməti “Pfizer”i məhkəməyə verəcək

15:11 20.01.2021

Mikayıl Cabbarov: "2030-cu ilə qədər Azərbaycanda orta illik iqtisadi artım tempi 7 %-ə çatdırılacaq"

14:38 20.01.2021

DİN əməliyyat keçirdi: Silahlı şəxslər tutuldu