Əfv Komissiyası bu gün toplaşdı

Əfv Komissiyası bu gün toplaşdı
SOSİAL
16:39 15.05.2018
4008
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bugünkü iclasda da əfvlə bağlı müraciətlərə baxılacaq. Komissiyanın sonuncu iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 800-dən artıq müraciətə baxıb.

Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.
OXŞAR XƏBƏRLƏR