Əfv komissiyasının iclasları yekunlaşdı - Siyahı prezidentə təqdim olunacaq
SOSİAL
20:43 17.05.2018
7601
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
AZXEBER.COM xəbər verir ki, komissiyanın üzvü Rəşad Məcid trend-ə bildirib ki, bugünkü iclasda da 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Onun sözlərinə görə, bununla da komissiya iclaslarını yekunlaşdırıb: "Artıq müvafiq sənədlər hazırlanıb ölkə başçısına təqdim ediləcək".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 1500-ə yaxın müraciətə baxıb.