Prezident yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib.
Bu barədə AZXEBER.COM-a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Rəşad Məcid qeyd edib ki, iclası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev açıb:
"Samir Nuriyev indiyə qədər Azərbaycanda imzalanan əfv sərəncamları barədə danışıb. Azərbaycan Prezidenti tərəfindən göstərilən humanizm aktlarının olduğunu deyib. Daha sonra iclasın gündəliyinin açıqlanıb. İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxılıb. Bunlar ağır cinayətlərlə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırılıb. Həm Administrasiyanın müvafiq şöbələri həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edilib".