"Bu əfv İlham Əliyevin humanist dəyərlərə böyük hörmət göstərdiyinin bariz nümunəsidir”- Deputat

"Bu əfv İlham Əliyevin humanist dəyərlərə böyük hörmət göstərdiyinin bariz nümunəsidir”- Deputat
SOSİAL
15:12 08.05.2023
202
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
 
Əfv sərəncamı ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlama verib.

Millət vəkili bildirib ki, Prezidentin əfv sərəncamını imzalaması növbəti humanist addımdır: 
 
"Cənab Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib. Maraqlı məqamlardan biri də əfv edilmiş məhkumların 14-nün xarici ölkə vətəndaşları olmasıdır”.
 
Vüqar İskəndərov sözlərinə görə, bu sərəncam şamil edildiyi əhatə dairəsinə görə müstəqil Azərbaycan tarixində qəbul edilmiş ən böyük əfv aktıdır: 
 
"Cənab İlham Əliyevin bu sərəncaml ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə dərin hörməti, Ulu Öndərimizə dərin sevgisini göstərir. Bu eyni zamanda Prezident İlham Əliyevin humanist dəyərlərə böyük hörmət göstərdiyinin bariz nümunəsidir. Düşünürəm ki, son zamanlar ölkəmizdə bütün sahələrdə çox geniş islahatlar gedir, dərin islahatlar prosesi aparılır. Onlardan biri də hüquqi dövlət quruculuğu baxımıdan ədalətin bərpa olmasıdır. Cəmiyyətdə insanları hüquqlarının qorunması, fundamental dəyərlərin dövlət tərəfindən qorunması beynəlxalq arenada ölkəmizin nüfuzunun artırılması deməkdir. Əfv haqqı demokratik institutların inkişafına və sosial bərabərlik konteksində cinayət etmiş insanların dövlət başcısı tərəfindən humanistlik göstərilmələri baxımından ciddi amildir. Əfv olunanların cəmiyyətimizə inteqrasiya olunması, cəmiyyətimizin bir üzvü kimi sıralarımıza qoşulması və gələcək fəaliyyətlərində qanunlara, qaydalara hörmət zəminində yaşaması çox vacib məsələlərdəndir.
 
Deputat əfv olunan şəxslərin cəmiyyətə inteqrasiya olunacağını ümid etdiyini bildirib: 

"Ümid edirik ki, bu insanlar bir də ora qayıtmayacaqlar, bu humanist dəyərləri yüksək qiymətləndirəcəklər. Gələcək fəaliyyətlərində cəmiyyətimizə, dövlətimizə əmək fəaliyyətləri, davranışları ilə başucalığı gətirəcəklər. Ümumilli liderimizin 100 illiyi ilə bağlı ölkəmizdə bir sıra tədbirlər keçirilir.
Düşünürəm ki, bu əfv aktı cənab Prezidentin Heydər Əliyevin 100 illiyi çərçivəsində atdığı ən mütərəqqi addımlardan biri kimi tarixdə qalacaqdır”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR