“Ege Hospitalda anamın bağırsağını deşib mikrob saldılar” - İDDİA

“Ege Hospitalda anamın bağırsağını deşib mikrob saldılar” - İDDİA
SOSİAL
12:28 04.06.2021
660

Bakıda klinikada əməliyyat olunan xəstənin vəziyyəti ağırlaşıb. Ailəsi bunun həkim səhvi ucbatından olduğunu bildirsə də, qarşı tərəf xəstənin klinikaya külli miqdarda borcu olduğu üçün bu iddianı uydurduğunu deyir.

AZXEBER.COM xəbər verir ki, vətəndaş Eren Xuçinayeva "Qafqazinfo”ya müraciət edərək bildirib ki, anası, Rusiya vətəndaşı Xuçinayeva Fatimə Əli qızı 2021-ci il fevralın 15-də "EGE Hospital”da bağırsaq keçməzliyindən əməliyyat olunub.

Onun sözlərinə görə, əməliyyat zamanı həkimlər anasının bağırsağını deşib və klebsiella mikrobu salıblar. Bundan sonra F.Xuçinayevanın vəziyyəti ağırlaşıb və dörd aydır ki, müalicə olunsa da, sağalmır. O iddia edib ki, hospitalın əməkdaşları bir neçə gün öncə F. Xuçinayevanı bütün öhdəlikləri öz üzərinə götürdüyünə və heç bir narazılığı olmadığına dair müqavilə imzalatdırmağa cəhd ediblər. 

Klinikadan bildirilib ki, qeyd olunan xəstə bağırsaq keçməzliyi ilə daxil olub və əməliyyat olunub: "Əməliyyatdan sonra xəstə ağırlaşıb, hazırda xəstəxanada yatır. Onun ağırlaşmasının səbəbi xəstədə anadangəlmə bağırsaq anomaliyasının olmasıdır.

Bağırsaq əməliyyatlarından sonra klebsiella infeksiyalarının aşkarlanması gözlənilən haldır. Xəstəxanada icra olunan əməliyyat sayını nəzərə alsaq sparadik şəkildə hər hansı bir xəstədə belə bir infeksiyanın aşkarlanması infeksiyanın xəstəxana tərəfindən yoluxdurulmasını isbatlamır”.

Klinikanın cavabında qeyd edilib ki, xəstəyə müqavilə imzalatdırmağa çalışmayıblar: "Bu iddia xəstə yaxını tərəfindən uydurulub. Xəstəlik tarixinin içərisindən F.Xuçinayeva ilə xəstəxana arasında bağlanmış müqavilə müəmmalı şəkildə itib. Xəstənin vəziyyəti ilə əlaqədar onun yaxınına xəstənin yanına sərbəst şəkildə keçməsinə icazə verilib. Xəstəlik tarixindən müqavilə bundan sonra itib. Onun xəstəxanaya külli miqdarda borcu var. F.Xuçinayevanın yaxını ödəniş etməkdən imtina etmək üçün belə problemlər yaradır”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qarabağ" yoxlama oyununda rəqibini darmadağın etdi
21:10 27.06.2026
"Qarabağ" yoxlama oyununda rəqibini darmadağın etdi
Neftin qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA
21:06 27.06.2026
Neftin qiyməti yenidən bahalaşacaq? - AÇIQLAMA
90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
20:57 27.06.2026
90-cı illərdə doğulanlar valideynlərindən tez qocalacaqlar - ARAŞDIRMA
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
20:46 27.06.2026
Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video
Bu ölkədə vəba epidemiyası elan edilib
20:42 27.06.2026
Bu ölkədə vəba epidemiyası elan edilib
Fərman Həsənov UFC-də qələbə qazanıb
20:35 27.06.2026
Fərman Həsənov UFC-də qələbə qazanıb
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
20:26 27.06.2026
Xaricdə təhsil alanların nəzərinə: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
20:14 27.06.2026
Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
19:49 27.06.2026
İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
19:46 27.06.2026
Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
19:32 27.06.2026
Bu bürclər üçün sevgi və pul qapısı açılır - vaxt çatdı
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
19:22 27.06.2026
Servissiz qalan Çin avtomobilləri: Haqsız rəqabət mühiti formalaşır, xaos yaranır
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
19:16 27.06.2026
Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”