'Əgər belə bir cəza verilibsə, deməli buna layiqəm'

İDMAN
10:35 06.03.2013
1248
“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev AFFA İntizam Komitəsinin onun barəsində çıxardığı altı oyunluq diskvalifikasiya cəzasına münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib: “Bu barədə heç nə deyə bilmərəm. Əgər belə bir cəza verilibsə, deməli, buna layiqəm. Sadəcə ona üzülürəm ki, komandama qarşıdakı kubok oyunlarında kömək edə bilməyəcəm. Səhvə yol vermişəm, indi də onun cəzasını ödəməliyəm. Etdiyim hərəkət həqiqətən bağışlanmazdı. Mən səhvimi başa düşmüşəm və bunu bir daha təkrarlamayacağam”.

OXŞAR XƏBƏRLƏR