Türkiyənin Taksim meydanında dünən səhər saatlarından başlayan etiraz aksiyasının böyüməsi ABŞ-ı narahat etməyə başlayıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, ABŞ səfirliyi Türkiyənin Xarici işlər nazirliyinə bəyanat təqdim edib.
Bəyanatda deyilir:
“ABŞ vətəndaşlarının ən çox səfər etdikləri ölkələrdən biri də Türkiyədir. Əgər bu hadisələr demokratik yolla dayanmasa, ABŞ Türkiyəyə olan bütün səfərlərini dayandıracaq. Bununla yanaşı, aksiya zamanı polisin aksiya iştirakçılarına qarşı göstərdiyi sərt davranış tərzi bizi narahat edir. Yerli höküməti aksiya iştirakçılarına qarşı bu cür davranışların qarşısını almağa çağrırıq”.
Fatimə