''Əgər bundan xəbərimiz olsaydi efirə çıxmazdiq'' - AÇIQLAMA
MAQAZİN
14:50 01.08.2014
5189
Bu gün səhər telekanallarımızda yayımlanan proqramlardan birinin qonağı olan Zarina Məmmədovanın matəm qeyd etməyimizə baxmayaraq, efirdə mahnı oxuması ilə bağlı prodüsseri Təranə Səmədova danışıb.O, AZXEBER.COM-a açıqlamasında, “Bu hadisədən xəbərimiz yox idi. Allah şəhidlərimizə rəhmət eləsin! Proqram aparıcıları da bu haqda bizə heç bir məlumat vermədilər. Hətta əminəm ki, heç aparıcının da bu hadisədən xəbəri olmayıb. Əgər bundan xəbərimiz olsaydı efirə çıxmazdıq" deyərək, çox pis olduğunu deyib.Bundan əlavə prodüsser, "Zarina matəm günlərinə həssas yanaşır və həmin günlərdə təşkil olunanan konsertlərə dəvət alsa da heç vaxt getmir" deyərək əlavə edib.