"Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, Marseli onlara versin"

"Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, Marseli onlara versin"
SİYASƏT
15:55 05.10.2020
1249

Ukraynanın nüfuzlu "Qordon” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin "Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində Fransa dövlətinin ittihamları ilə bağlı səsləndirdiyi sərt tənqidləri dərc edib.

AZERTAC xəbər verir ki, "Demək olar ki, sakinlərinin yarısı ermənilərdir-Əliyev Fransaya Marselə müstəqillik verilməsini təklif etdi” sərlövhəli məqalədə dövlətimizin başçısının Fransa Prezidentinin ittihamlarına cavabı işıqlandırılıb. Məqalədə İlham Əliyevə istinadla qeyd olunur ki, işğal edilmiş ərazilər Azərbaycan torpaqlarıdır.

"Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy, onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versin. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var? Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”, - deyə Ukrayna nəşri Prezident İlham Əliyevə istinadla yazıb.

OXŞAR XƏBƏRLƏR