‘Əgər gömrükdə inhisarçılıq aradan qalxsa və şəffaflıq olsa…’ – Millət vəkili

‘Əgər gömrükdə inhisarçılıq aradan qalxsa və şəffaflıq olsa…’ –  Millət vəkili
SİYASƏT
12:03 03.01.2016
2679

“Məndə olan məlumata görə, Azərbaycanda təkcə gömrük sahəsində yox, bütövlükdə srtuktur, institutsional,idarəetmənin təşkilatı quruluşunun təkmilləşdirilməsi və sair bu kimi istiqamətlərdə islahatlar gözlənilir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri deputat, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli musavat.com-un gömrük sistemində yeni qaydaların tətbiqinə başlandığı, monopoliyaya və gətirilən mallara görə əlavə rüsumların alınmasına son qoyulması barədə yayılan məlumatları şərh edərkən bildirdi.

Millət vəkilinin deyinə görə, islahatlara start verilməsi zərurətdən doğur: “Əgər həqiqətən də sözügedən istiqamətlərdə hazırkı reallıqların dərk edilmiş məntiqinin diqtə etdiyi meyarlar və yeni çağırışlar səviyyəsində zəruri islahatlar başlasa, sistemli və davamlı şəkildə həyata keçirilsə, onda potensialı güclü olan Azərbaycan eyni vəziyyətə düşmüş dügər ölkələrlə müqayisədə bu vəziyyətdən nisbətən az itki ilə çıxa blər. O ki qaldı gömrük məsələsinə, biz beynəlxalq standartlara cavab verən səviyyədə bir Gömrük Məcəlləsi qəbul etmişik. Qalır onu həmin səviyyədə də tətbiq etmək. Əlbəttə, bu sahədəki inhisarçılıq meylləri və digər çatışmazlıqlar aradan qalxsa, gömrük və vergi sistemində paralel surətdə maksimum şəffaflıq təmin edilsə, bu islahatlar ölkəmizin inkişafına yalnız müsbət tərəfdən təsir göstərər, iqtisadi fəallıq yüksələr, xarici ticarətdə kiçik və orta biznesin rolu və töhfəsi artar, qiymətlər aşağı düşər, büdcəyə daxilolmalar artar və sair”.

Bu arada kütləvi ixtisarlara start verildiyi barədə də xəbərlər yayılmaqdadır. Bildirilir ki, büdcə təşkilatlarında 30 faiz həcmində ixtisarların olacağı barədə xəbərdarlıq edilib. Kütləvi ixtisarlar böhranlı durumdan çıxmaq üçün çıxış yolu sayıla bilərmi?

Ə.Məsimli: “Əgər siz bu qəbildən olan sualı bir müddət əvvəl versəydiniz, mən birmanalı şəkildə təsdiqedici cavabla kifayətlənərdim. Çünki bir müddət öncə bəlkə də belə bir addıma ayrılıqda, əlahiddə götürülmüş şəkildə ehtiyac vardı. Amma biz artıq elə bir vəziyyətlə üzləşmişik ki, aksiomalara da yenidən baxmaq lazımdır. Yaranmış böhrandan nisbətən az itki ilə çıxmaqdan ötrü təkcə bir neçə qurumu ləğv etmək, birləşdirmək, işçilərin sayı baxımından ixtisarlar aparmaq nə qədər zəruri olsa da, artıq yetərli deyil. Xüsusən də ixtisarlar mexaniki surətdə, arxası olan işbacarmazlar yerində qalıb, işbilənlər çıxarıldıqda, ziyanı xeyrindən çox olur”.

Ə.Məsimli böhrandan çıxış yolu kimi daha cidd addımlar atmağı təklif edir: “Məsələni köklü həll etməkdən ötrü “neft pullarını geninə-boluna xərcləməyə öyrəşmiş israfçı hökumət modeli”ndən, “neftsiz də yaxşı qazanmağı, qazandığınını səmərəli şəkildə istifadə etməyi bacaran çevik və qənaətcil hökumət modeli”nə keçmək lazımdır. Belə islahatların alternativi olmayan magistral yolu isə fraqment xarakterli tədbirlərdən yox, iqtisadi azadlıqlara, şəffaflığa, ictimai nəzarətə geniş meydan verən və cəmiyyət həyatının bütün sahələrində korrupsiyaya, inhisarçılığa, məmur özbaşınalıqlarına son qoymağa yönəlmiş radikal islahatlardan keçir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb
22:54 14.03.2026
Raket zərbələri nəticəsində İsfahanda fabrikdə 15 nəfər ölüb