xari

"Əgər Paşinyan mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı"

SİYASƏT
10:53 24.11.2020
324
"Mən, demək olar ki, müharibənin ilk günlərindən çoxsaylı müsahibələrimdə və xalqa müraciətlərimdə demişdim ki, - bütün bunları qaldırmaq olar, hər şey sənədləşdirilib, - bizə tarix versin. Dedim, Paşinyan, sən özün, sənin xarici işlər nazirin, yaxud müdafiə nazirin yox, hansılar ki, bu məğlubiyyətə görə işdən qovuldular, sən özün, Paşinyan, bizə tarix verməlisən, özün deməlisən və buna nail oldum".

AZXEBER.COM xəbər verir ki, bunu noyabrın 23-də işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev deyib.

"Əgər mənim sözümə qulaq assaydı, indi belə rəzil durumda olmazdı. Tam qətiyyətlə deyə bilərəm, biz işğal olunmuş torpaqlarımızı onsuz da azad edəcəkdik. Ancaq düşmən hesab edirdi ki, ona kimsə kömək edəcək. Hesab edirdi ki, onun bütün havadarları gəlib onun yerinə bizimlə vuruşacaq. Səhv etdi, böyük səhv etdi. Füzuli, Cəbrayıl, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Suqovuşan, Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün diz üstədir. Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq. Biz bütün dünyaya sübut etdik ki, onların əfsanələri, onların mifləri hamısı boş şeydir. On mindən çox fərari var Ermənistan ordusunda və daha da çox olacaqdı. Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik, bax, burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı, ya da məhv olacaqdı. Biz göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Biz göstərdik ki, heç vaxt bu işğalla barışmayacağıq. Açsınlar baxsınlar mənim çıxışlarıma, mən son 17 il ərzində bəlkə də min dəfə demişəm, biz bu işğalla barışmayacağıq. Hesab edirdilər ki, bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Çünki bu qədər xərc qoyan, burada, Füzulidə, Cəbrayılda bu qədər istehkam quranlar onu da istəyirdilər. Cəbrayıl rayonunun Soltanlı kəndi uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb. Nə üçün? Çıxmaq istəmirdilər. Hesab edirdilər ki, orada əbədi oturacaqlar. Erməniləşdirmək istəyirdilər", dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:36 22.01.2021

Masallı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat keçirildı,saxlanılanlar var - RƏSMİ

22:34 22.01.2021

Salyanın Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru saxlanıldı

22:14 22.01.2021

“Azercell” nümunəvi xidmət keyfiyyəti ilə daim irəlidə

22:13 22.01.2021

Bill Qeyts peyvənd olundu

21:53 22.01.2021

Ermənistanın XİN başçısı Gürcüstana qeyri-rəsmi səfər edib

20:59 22.01.2021

Masallı rayon xəstəxanasının baş həkimi saxlanıldı

20:45 22.01.2021

Türkiyədə koronavirusu bir dəqiqədə məhv edən dərman hazırlandı

20:13 22.01.2021

Almaniyada koronavirusun Braziliya ştammı aşkarlanıb

19:49 22.01.2021

“Azərbaycanlı həmkarımla münasibətlərin inkişaf perspektivlərini müzakirə etdim”

19:39 22.01.2021

Hərbçilərin maaşlarının azaldılması iddiası ilə bağlı - Nazirlikdən açıqlama

19:19 22.01.2021

Cəlilabadda kişi arvadını yatdığı yerdə qətlə yetirib

18:37 22.01.2021

Azərbaycanda koronavirusa yoluxanların bu günə olan statistikası

18:26 22.01.2021

"Tik-Tok"da narkotiki təbliğ edən şəxs saxlanıldı - FOTO - VİDEO

17:56 22.01.2021

Azərbaycanda daha bir vəkil koronavirusdan vəfat etdi

17:45 22.01.2021

Azərbaycanda xəstəxanaya yerləşdirilən COVID-19 xəstələrinin 70-75%-nin yaşı 50-dən çoxdur

17:29 22.01.2021

İnfeksionist: “COVID-19 xəstələrinə elektron qolbaqların tətbiqi həkimlərin yükünü azaldacaq”