Egey dənizində 5,3 bal gücündə ZƏLZƏLƏ

Egey dənizində 5,3 bal gücündə ZƏLZƏLƏ
DÜNYA
20:56 16.01.2022
377
Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Ankara vaxtı ilə saat 14:48-də qeydə alınan yeraltı təkanların episentri Türkiyənin ən böyük adası Gökçeadadan 126 kilometr aralıqda, dənizin 18,76 kilometr dərinliyindədir.

Hələlik zəlzələnin ciddi fəsadları barədə məlumat yoxdur.

OXŞAR XƏBƏRLƏR