Egey dənizində miqrant qayığı batıb

Egey dənizində miqrant qayığı batıb
DÜNYA
12:35 02.11.2022
213
Egey dənizində miqrant qayığı batıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanın Şərqi Egey sahillərindəki Evia sahillərindəki Kafirea boğazında miqrant qayığının batması xəbəri ilə Yunanıstan və Fronteks xilasetmə qayıqları və helikopterləri bölgəyə hərəkət edib.

Egey dənizində Kafire boğazında şiddətli fırtına nəticəsində batan qayıqda olan 68 immiqrantdan yalnız 9-u xilas edilib. 

Qayığın qalıqlarının tapılmadığı və güclü küləyə baxmayaraq, təxminən 30 mil ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

Yunanıstan Sahil Mühafizəsinin sözçüsü Nikos Kokkalas verdiyi açıqlamada "Sağ qalanlar arasında Əfqanıstan, İran və Misir vətəndaşları da var və çətin hava şəraitində axtarış-xilasetmə işləri davam edir”, - deyə bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR