Əhalinin diqqətinə! - saat 08:00-dan 17:00-dək... - XƏBƏRDARLIQ

SOSİAL
10:46 17.09.2024
1158
Masazır qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bu barədə AZXEBER.COM-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Masazır qəsəbəsinin bir sıra hissəsində 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında həyata keçirilən iməclik və yenidənqurma işləri ilə əlaqədar sentyabrın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 08:00-dan saat 17:00-dək 35 kV-luq kabel hava xəttinin keçdiyi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR