Hazırda ölkənin bank sektorunda kredit böhranı davam edir. Günü-gündən banklara olan borcların portfelinin artması həm əhalinin vəziyyətinin pisləşməsinə, həm də banklarda müəyyən qədər inkişafa mane olur. Ölkədə problemli kreditlərin aybaay artığı barədə AZXEBER.COM-a danışan iqtisadçı Nicat Hacızadə bildirdi ki, Azərbaycanda problemli kreditlər daha çox istehlak kreditlərinin hesabına artır.
“Qeyd etmək lazımdır ki, Müstəqilliyimizdən bu zamana qədər yığılan kredit borclarının portfelinin həcmi bu səviyyəyə qədər artmamışdır. Hazırda yanvar-sentyabr aylarının yekunlarına görə, ölkədə vaxtı keçmiş kreditlərin məbləği 973 milyon manat olub. Bilirsiz bu nə deməkdir? 1milyarda yaxın borc deməkdir. Statistika göstərir ki, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,4%-dən 5,5%-ə qalxıb. İlin əvvəlində isə bu məbləğ 793 milyon idi.”
İqtisadçı Nicat Hacızadə əlavə olaraq bildirdi ki, problemli kreditlərin günü gündən artmasının qarşısını almaq üçün bir başa ciddi dövlət nəzarəti lazımdır: “Ölkədəki problemli kreditlərin çox hissənin istehlak kreditləri olduğunu görürük. Hətta dövlət başçısı ötən illərdə banklara biznes sahələrinə investisya yatırılması, kreditlər ayrılması ilə bağlı müvafiq tapşırıqlar verdi. Amma görünür, istehlak kredit faizləri biznes kreditlərə baxanda daha yüksək olması və qazanılma müddəti və proseduru nisbətən asan olması bu sahəyə daha çox bankları meyilləndirir. Bir məsələni də vurğulayım ki, bu gün banklar zaminsiz və girovsuz kreditlər təklif edirlər, hətta 20000 AZN-ə dək, 22-30 kredit faizi ilə. Əlbəttə nəzərə alsaq ki, müəyyən bir şəxsə 20000 kredit verilir, umumi hesablamalara əsasən müştərinin qaytaracağı məbləğ 24400 AZN-dən başlayır.”
Ekspert əlavə olaraq Qərb təcrübəsi haqqında məlumat verdi ki, hazırda Avropa ölkələrində istehlak kreditlərinin faiz dərəcəsi 1 rəqəmlə ifadə olunur. Ancaq və ancaq ölkədə avtomobil sıxlığını azaltmaq məqsədi ilə Avtomobil kreditləri 2 rəqəmlə ifadə olunur: “Bundan başqa, Qərb ölkələrində banklar kredit verən zaman müştəri üzrərində hərtərəfli araşdırma aparırlar. Hətta mən bu yaxınlarda “New York Times” jurnalında hansısa bankın istehlak krediti almaq istəyən müştərinin iş fəaliyyətini gündəlik izləməsi üçün xəfiyyə belə ayırdığını oxudum.
Bundan əlavə dünya praktikasına əsaslanan korrektor agentlikləri barədə danışa bilərəm ki, sırf onların yaranmasının məqsədi problemli kreditlərin qaytarılması prosesinin artırılmasıdır. Bilidyiniz kimi, problemli kreditlərin həcmi bank aktivlərindən 3%-dən çox olarsa, bu, ən azı artıq yeni yaranan və fəaliyyətə yeni başlayan, o cümlədən nizamnamə kapitalı çox da olmayan bank üçün təhlükədir. Bu baxımdan korrektor agentliklərə ciddi ehtiyac var.”
Sonda əhalinin gəlirləri ilə təzad təşkil edən kredit faizlərinin endirilməsini qeyd edənən iqtisadçı, bu faizlərin endirilməyəcəyi halda, 2015-ci il üçün borcların 1milyardı keçəcəyini bildirib: “Təqiqatlar göstərir ki, bu faizlərlə 2015-ci ilə qədər problemli kredit portfelinin məbləğ 1 milyardı keçəcək. Məntiqi dəlillər bunu deyir ki, əhalinin gəlirləri bu faziləri ödəməyə imkan vermir. Borc ödənilmədiyi halda, fazilərin üst-üstə yığıldığını nəzərə alsaq, son məbləğə doğru daha da qabarmağa başlayır. Mən Rusiya təcrübəsini deyə bilərəm ki, Rusiyada bu hal baş verdikdə, faizlərin artırılması prosesi dayandırılmışdı və bu hal borcların qaytarılmasına müsbət təsir göstərmişdi.”