Əhalinin nəzərinə: Bu rayonda qaz olmayacaq

Əhalinin nəzərinə: Bu rayonda qaz olmayacaq
SOSİAL
09:17 17.05.2023
154
Bu gün Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyindən məlumat veriıib.

Bildirilib ki, "Qaz İxrac” İdarəsi tərəfindən "Ağcabədi QPS qolu” qaz kəmərində siyirtmənin quraşdırılması ilə bağlı mayın 17-də saat 10:00-dan təmir işləri başa çatanadək "Ağcabədi" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Ağcabədi rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR