Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək

Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
SOSİAL
14:29 30.04.2024
784
Bu ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatını aparıb. Bu barədə Dövlət Xidmətindən bildirilib.

AZXEBER.COM yenisabah.az-a istinadən xəbər verir ki, bu göstəricinin 13 540-ı (15,3 %) ilkin, 74.473-ü isə (84,7 %) təkrar qeydiyyatın payına düşür. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi - 53 279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi - 1 814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.

Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür. Yanvar-mart aylarında Dövlət Xidməti 64 842 texniki pasport tərtib edib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alıb. Bəs görəsən ilin növbəti dövrlərində də evlərin sənədləşdirilməsi prosesi davam edəcəkmi?

Mövzu ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, evlərin sənədləşdirilməsi vergi və sığorta baxımından, dövlət üçün də olduqca maraqlıdır:

"Misal üçün, hər hansı bir böyük yaşayış kompleksi və ya yeni salınmış ərazidə kütləvi müraciət zamanı çıxarışların verilməsi baş tutur. Bu məsələdə hansısa konkret səbəb olmur. Dövlət tərəfindən bu istiqamətdə müəyyən tədbirlər aparılır. Hökumət evlərin və mənzillərin çıxarışla təmin olunmasında maraqlıdır. Çünki belə olan təqdirdə həm vətəndaşların mülkiyyəti tanınacaq, həm də mülkiyyət vergiyə və sığortaya cəlb olunacaq. Təbii ki, bu istiqamətdə çıxarışların verilməsində artımın olması yaxşı bir göstəricidir. Yəqin ki, bu proses il ərzində də davam edəcək. İlbəil həm əhali artır, həm də yeni yaşayış kompleksləri istifadəyə verilir".

Ekspert hazırda həyət evləri ilə bağlı amnisitiya işlərinin aparıldığını qeyd edib:

"Həyət evləri ilə bağlı hələki yalnız amnistiyalarla bağlı işlər aparılır. Bunun üçün də vahid portal yaradılıb. Əmlak Məsələləri üzrə Dövlət Xidməti və Ədliyyə Nazirliyi tərəfindən yaradılmış bu portal vasitəsi ilə bütün daşınmaz əmlak əməliyyatları həyata keçiriləcək. Eyni zamanda qanunsuz tikililərin qeydiyyat prosesi də vahid portalda baş tutacaq. Bu proses keçən ilin yanvarından başlayıb, lakin hələ də bitməyib. İlkin sənədləri olan hər hansısa tikilini orada qeydiyyatdan keçirmək olur, amma heç bir sənədi olmayan əmlakın qeydiyyatı xeyli vaxt aparır. Qanunda bununla bağlı paralel dəyişiklər də həyata keçirilir. Qadağan olunmuş ərazilərdə, o cümlədən, neft, kommunal xəttlərin keçdiyi ərazilər və xüsusi təyinatlı nəzərdə tutulmuş yerlərdə tikilən evlərin sənədləşdirilməsi isə nəzərdə tutulmur. Bu tip evlərin amnistiyaya salınması və sənədləşdirilməsi ilə bağlı qanunda heç nə yoxdur. Yalnız zamanla müəyyən sənədləri qaydasında olan əmlakların qeydiyyat prosesi bitdikdən sonra bu baş tuta bilər". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
16:44 15.07.2026
Bir vaxtlar yalnız filmlərdə görürdük: Dünya nəhəngləri Azərbaycana necə gəldi?
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
16:28 15.07.2026
Birbank Invest: investisiyaya aparan rəqəmsal yol
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
16:27 15.07.2026
İnsan alverinə qarşı mübarizə ilə bağlı sənəd - Təsdiqləndi
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
16:22 15.07.2026
Deputatdan Çin avtomobilləri ilə bağlı TƏKLİF
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
16:18 15.07.2026
Bakının gecə iqtisadiyyatı: Şəhər yatanda kimlər qazanır?
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
15:53 15.07.2026
“Azercell Cup – 2026” proqramlaşdırma müsabiqəsinin ikinci mərhələsi başa çatdı
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
15:45 15.07.2026
FHN-dən hava xəbərdarlığı: Sel, ildırım və güclü küləklə bağlı əhaliyə çağırış
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
15:32 15.07.2026
Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
15:19 15.07.2026
"Stimul Hospital"da faciə: Mədəkiçiltmə əməliyyatından sonra pasiyent öldü
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
15:15 15.07.2026
Tağı İbrahimovun cəzası 6 ay azaldıdı - 10 nəfərin ölüm işi
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
15:13 15.07.2026
Sümükləri səssizcə məhv edən xəstəlik: Osteoporozun gizli əlamətləri
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR