Əhaliyə xəbərdarlıq - Dəhşətli maqnit qasırğaları olacaq

Əhaliyə xəbərdarlıq - Dəhşətli maqnit qasırğaları olacaq
SOSİAL
14:27 21.07.2025
324
Yaxın günlərdə Günəş aktivliyinin artması fonunda Yer kürəsində geomaqnit sahəsində ciddi dalğalanmalar müşahidə olunacaq. Alimlərin proqnozlarına əsasən, iyulun 21-dən 25-dək bir neçə mərhələli maqnit qasırğası yaşanacaq.

AZXEBER.COM xəbər verir ki, meteohəssas insanlar üçün bu dövr xüsusilə diqqət tələb edir, çünki geomaqnit dəyişikliklər qan təzyiqi, ürək-damar sistemi və ümumi əhval-ruhiyyədə dəyişikliklərə səbəb ola bilər.

Maqnit qasırğası proqnozu:

21 iyul – zəif və orta səviyyəli dalğalanmalar müşahidə ediləcək (Kp 4-5).

22 iyul – vəziyyət kəskinləşəcək, qırmızı səviyyədə maqnit qasırğası gözlənilir (Kp 5). Bu, meteohəssas insanlar üçün narahatedici ola bilər.

23 iyul – aktivliyin zirvəyə çatacağı tarixdir. Orta güclü G2 səviyyəli fırtına qeydə alınacağı proqnozlaşdırılır (Kp 6).

24 iyul – geomaqnit təsirlərin nisbətən zəifləməsi gözlənilir (Kp 4).

25 iyul – vəziyyət yenidən pisləşə bilər. Qırmızı səviyyəyə qayıdılacağı ehtimal olunur (Kp 5).

Ən güclü maqnit təsirinin 22-si axşamdan 23-nə keçən gecəyə təsadüf edəcəyi bildirilir. Mütəxəssislər bu günlərdə sağlamlıq göstəricilərinə diqqət etməyi, istirahəti artırmağı və ağır fiziki yükdən çəkinməyi tövsiyə edirlər.
OXŞAR XƏBƏRLƏR