Əhaliyə xəbərdarlıq - Qarşıdakı günlərdə...

Əhaliyə xəbərdarlıq - Qarşıdakı günlərdə...
SOSİAL
15:19 13.08.2024
145
Yer kürəsində bəzi insanların sağlamlığına təsir edə biləcək güclü maqnit qasırğası başlayıb.

Bu barədə rusiyalı məşhur sinoptik Natalya Didenko öz feysbuk səhifəsində bildirib.

"Ehtiyatlı olun, bu gün maqnit qasırğaları, baş ağrıları, miqrenlər var, damar xəstəliklərinin kəskinləşməsi ehtimalı var", - deyə sinoptik qeyd edib.

Onun məlumatına görə, Yerdəki maqnit qasırğası avqustun 12-də, birdən-birə bir neçə günəş partlaması nəticəsində başlayıb və ayın 15-də səngiyəcək.

"The Watchers” nəşrinin yazdığına görə, maqnit qasırğasının gücü G3 sinfinə çatıb ki, bu da güclü geomaqnit qasırğası deməkdir. Bu böyüklükdə olan maqnit qasırğaları qoruyucu qurğularda gərginlik çatışmazlığına və yanlış həyəcan siqnallarına səbəb ola bilər. Kosmik gəmi oriyentasiya problemləri ilə üzləşə bilər və GPS naviqasiyası fasilələrlə pozula bilər.

Ötən gecə maqnit qasırğası səbəbindən ABŞ-ın Nevada ştatına qədər cənubda qırmızı aurora müşahidə edilib.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı və yuxusuzluq halları baş verə bilər.

Geomaqnit qasırğasının sağlamlığa mənfi təsirini azaltmaq üçün telefon, kompüter, planşet, televizor kimi əşyalardan minimum istifadə edilməlidir.
 
///baku.ws
OXŞAR XƏBƏRLƏR