“Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev

“Qardaşım ölməyib, sağdır” - Əhəd Abıyev
SİYASƏT
14:29 29.01.2026
1098

Əhəd Abıyev qardaşının ölməsi ilə bağlı yayılan xəbəri təqzib edib.

AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”ya açıqlamasında qardaşının vəfat etməsi xəbərini təkzib edib:

"Qardaşım uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Əvvəl Türkiyədə, bu günlərə kimi isə Azərbaycandakı xəstəxanaların birində müalicə alıb. İndi isə ev şəraitində müalicəsi davam edir. Amma qardaşım ölməyib, sağdır. Bilmirəm ki, bu cür yalan məlumatları niyə yayırlar”.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 

10.16

Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə ağır itki üz verib.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, onun qardaşı Nadir Abıyev 73 yaşında vəfat edib.

N.Abıyevin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Nadir Abıyev 2006-2020-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR