Əhməd Şahidovun AZXEBER.COM-a verdiyi məlumata görə, Şimali Kipr Türk Cümhuriyyətinin hələ də dünya dövlətləri tərəfindən tanınmaması məsələsinə toxunan Əhməd Şahidov dünyadakı ikili standartlar barədə danışmış, Türkiyə Cümhuriyyətinin Avropa Birliyinə qəbul edilməsi üçün irəli sürülən şərtlərin mahiyyəti, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ konflikti ətrafında mövcud ikili yanaşmaların mövcud olmasını söyləmiş, Türk dünyasının birlikdə fəaliyyət göstərməsi, Türk Birliyi istiqamətində çalışmaların daha da gücləndirilməsini önə çıxartmışdır.
Sonda Eurovision 2012 mahnı yarışmasının Azərbaycanda keçirildiyini şərh edən Əhməd Şahidov bu mahnı yarışmasına hazırlıqlar barədə danışmış, Azərbaycanın bütün dünyaya möhtəşəm bir bayram şənliyi nümayiş etdirdiyini söyləmişdir.