Əhməddən şikayət: Məkana gəlsə də, səhnəyə çıxmadı

Əhməddən şikayət: Məkana gəlsə də, səhnəyə çıxmadı
MAQAZİN
14:05 11.10.2025
288
Müğənni Əhməd Mustafayevdən şikayət var.

AZXEBER.COM xəbər verir ki, paytaxt məkanlarından birinin iddiasına görə, sənətçi söz verdiyi halda səhnəyə çıxmaqdan imtina edib.
 
Restoranın rəsmi səhifəsində bildirilir ki, Əhmədin səhnəyə çıxmaması üçün heç bir səbəb olmayıb:

"Dayərli qonaqlarımız! Uzun müddətdir reklamı aparılan və bu axşam çıxışı gözlənilən Əhməd Mustafayev restorana gəlsə də, səhnəyə çıxmadan, və
heç bir açıqlama vermədən məkanı tərk edib. Onu sevənlərə qarşı elədiyi bu hörmətsizlik, onu sevərək izləməyə gələn qonaqlarımızı çox üzdü və biz bu haldan dərin təəssüf hissi keçiririk. Bizdən qaynaqlanmasa belə, qonaqlarımıza qarşı olan hörmətsizliyə görə qonaqlarımızdan səmimi şəkildə üzr istəyirik" deyə paylaşımda bildirilib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR