İran prezidenti Mahmud Əhmədinejat Misirdə hücuma məruz qalıb.
AZXEBER.COM-un xarici mətbuata istinadən verdiyi məlumata görə, suriyalı gənc Əhmədinejada ayaqqabı atıb.
Misirin paytaxtı Qahirədə yerləşən Həzrəti Hüseyn məscidində namaz qıldıqdan sonra Əhmədinejat xalqla salamlaşıb. Bu zaman suriyalı onun 3 metrliyinə yaxınlaşaraq “Qardaşlarımızı öldürmüsünüz” deyib və ayaqqabısını ona atıb.
Gənc oğlan dərhal tutulub.
Ceyhun