Əhmədlidəki 'Çudo Peçka'da özəl otaq fəaliyyət göstərəcək - FOTOLAR

MARAQLI
17:42 28.08.2012
6355
Əhmədlidəki “Çudo Peçka”da özəl otaq fəaliyyət göstərəcək“Əhmədli” metro stansiyasının yaxınlığında yerləşən “Çudo Peçka” bir müddətlik fasilədən sonra yenidən əhalinin istifadəsinə verildi. Mağaza-kafe təmir üçün bağlanmışdı və fərqli görkəm və yeni xidmətləri ilə 27 avqustda yenidən açıldı.“Çudo Peçka”nın yeni dizaynı mağaza-kafeyə baş çəkənlərin marağına səbəb oldu və insanlar bu görkəmi çox bəyəndiklərini bildirdilər. Təmirdən sonra yalnız Əhmədlidəki “Çudo Peçka”da yeni otaq hazırlanıb. Uşaqlar üçün nəzərdə tutularaq xüsusi dizaynda hazırlanan bu otaq balacaların doğum günlərini və digər bayramlarını qeyd etmələri üçün nəzərdə tutulub. Belə bir otağın olması “Çudo Peçka” tarixində ilkdir. Təxminən bir aylıq təmir fasiləsindən sonra artıq Əhmədli qəsəbəsində və yaxın ərazilərdə yaşayan insanlar yenilənmiş “Çudo Peçka”da yemək yeyə, dincələ bilər. Bu, şirkətin ən iri mağaza-kafelərindən biridir.
OXŞAR XƏBƏRLƏR