Çəhrayı pomadalı gözəl İraqda deputat ola bilər – FOTO

DÜNYA
12:41 31.03.2014
1064
“Ölkənin büdcəsini makiyaja sərf edəcək”.
İraqın şiə blokundan Milli İraq alyansının deputatlığa namizədinin xarici görünüşü səs-küyə səbəb olub.
Reklam lövhələrində Aşuak Talib az-Zuraybi ənənəvi İraq siyasətinə uyğun görünüşdə deyil.
Onun sloqanı “sizin seçmək hüququnuz var. O zaman ən yaxşı seçiminizi edin” kimi səslənir. Boyanmış kürən saçları, parlaq çəhrayı pomadası, boz jaketinin altında çəhrəyı top ilə İraq seçicilərinin diqqətini çəkir.
Hamı onu müsbət qəbul etmir, bəziləri onun çəhrayı rəngə olan həvəsini gülüş hədəfinə çevirir, bəziləri isə onun ölkənin büdcəsini makiyaja xərcləyəcəyini deyirlər.
Ən sərt yanaşma bu imicin siyasətçidən daha çox müğənniyə uyğun olduğunu deyən “Al-arabiya”dan olub.(oxu.az)
OXŞAR XƏBƏRLƏR