Ehsan Zahidova iki yeni müavin təyin olundu

Ehsan Zahidova iki yeni müavin təyin olundu
SOSİAL
10:05 21.07.2020
678
Daxili işlər orqanlarında daha iki kadr təyinatı olub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki İlham Babayev və polis polkovnik-leytenantı Hafiz Təmirov Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəis müavinləri təyin ediliblər.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR