Ehtiraslı qadınım...

Ehtiraslı qadınım...
MARAQLI
02:10 29.10.2014
5702
Türkan Turan
Yenə səhər açıldı-sənsiz, səssiz, rəngsiz. Yenə sağ tərəfim boşdur. Yenə otaq qaranlıq və dağınıqdır. Səni sağ tərəfimdə əlimlə axtardım, sanki gözüm mənə yalan deyirmiş kimi.. Sən deyil, əlimə oxuduğun kitabın gəldi. Bu gün səni səninlə etdiklərimdə axtaracam. Bəlkə tapdım deyə!
Dadlı Qadınım
Yatağımızdan qalxdım, sənin bəyəndiyin göy köynəyi və cins şalvarı geyindim. Doğum günümdə hədiyyə etdiyin saatı taxıb, sevdiyin ətri vurub, qara gödəkcəmi geyindim. Səninlə görüşəcəkmiş kimi hazırlaşıb çıxdım. İlk dəfə oturduğumuz, daha sonra tez-tez getdiyimiz restorana üz tutdum. Sonuncu dəfə orada, səninlə birlikdə oturmuşdum. Düşündüm ki, uzun müddətdən sonra səni elə orda axtarmağa dəyər. İçəri daxil oldum, masada almaniyalı bir bəy oturub pivə içirdi. Həmişə sən deyirdin axı, gözlə yerimiz boşalsın, orda oturaq. Bütün masalar demək olar boş idi, amma mən sənin qaydandan kənara çıxmadım. Gözlədim! O müddət ərzində bizi tanıyan işçilər də cavabsız sualı verirdilər-hamısı səni soruşurdu. Kənardan masamıza baxırdım, dəyişən yalnız güllər idi. Süni gülləri təbii ilə əvəz etmişdilər, sevgilim. Hansı ki, sən həmişə “bircə bu gül təbii olsa, daha gözəl olardı” deyirdin.
İnsanlara təbəssüm etməməkdə qınayırdın məni, qərara almışdım, bu gün bütün steriotipləri qıracaqdım. Yalandan da olsa insanlara təbəssüm edirdim. Çox sevdiyimiz, birlikdə yediyimiz yeməyi sifariş etdim. Sənin qadağan etdiyin qazlı içkini sənsizliyə inad olsun deyə içmək istədim. Heç sevmədiyin şərəbları masaya gətizdirdim. Sənsizliyin şərəfinə içmək üçün. Şərab da gəldi, yemək də.. Nə sənin inadına içə bilmədim, nə o sevimli yeməkdən dad almadım. Hesabı istədim, hər zamankı kimi yenə gec gətirdilər. Gec gələndə sən əsəbləşirdin axı, amma mən səbrlə gözlədim. Hesabı yox, səni! Sanki ayaqyoluna getdiyini düşünüb, səbrlə gözlədim. Hesab da gəldi, ödəniş də etdim, ama sən gəlmədin.
Xoşbəxt Qadınım
Bu gün hava necə soyuqdur, bir bilsən?! Sən bu cür havalarda xoşbəxt hiss edirdin özünü. Belə havalarda necə xoşbəxt olduğunu başa düşmək üçün yağışın altında gəzdim. Çox da qalın geyinməmişdim. Günəşin altında gəzirmiş kimi gəzirdim yağışın altında. Havanın xoşbəxtliyini yox, səni düşünməyin xoşbəxtliyini yaşadım.
Sahildəki Qadınım
Çoxdandır dənizə tərəf üz tutmuram. Sonuncu dəfə səni dəli kimi şəhərdə axtaranda, dəniz kənarında tapanda yollanmışdım. O gündən sonra ilk dəfə bu gün yolumu sahildən saldım. Hava soyuq olduğu üçün dənizin kənarı boş idi. Gəzə-gəzə sulu oturacaqlardan birinə əyləşdim. Necə islandığımın belə fərqinə varmırdım. Eyni sənin etdiyin kimi. Hər şeydən doya-doya zövq almaq gözəldir deyirdin, mən də bu cür etdim. Sənin etdiklərindən zövq almağa çalışdım. Oturub sənin çılğınlığını, yağışın altında dəliliklər etməyini gözümün önünə gətirdim. Sənsiz necə yaşayıram deyə, öz-özümə sual etdim. Cavab tapa bilmədim. Sevgilim, yoxluğunu bu gün daha çox hiss etdim. Çünki hava soyuq idi, üşüyürdüm, bu gün şəhərim ağ qara rəngə bürünmüşdü və bu gün mənim sənə daha çox ehtiyacım var idi. Əllərini axtarirdim. Səndən sonra əllərini ciblərim əvəzləyir.
Zövqlü Qadınım
Bu gün sənin getdiyin mağazaları gəzdim. Yeni kolleksiyalar gəlib. Bu il rənglər, trendlər, hamısı sən istədiyin kimidir. Daxil olduğum mağazalarda, geyinmə otaqlarının qarşısında səni gözlədim, sanki içəridən çıxacaqmışsan kimi. Hər pərdənin arxasından müxtəlif qadınlar çıxırdı, yenə hər bölümün qarşısında uzun uzadı növbələr yaranmışdı. Bilirsən, hər pərdə tərpənəndə bunun sən olduğunu, yeni bir geyimlə, gözəl gülüşünlə çıxacağını gözləmək ağır hissdir.
Ətirli Qadınım
Kişilər sevdiyi qadının qoxusunu əsla unutmazlar deyirdin. Elədir, sənin qoxun burnumdan getmir. Qoxunu almaq üçün ətir mağazasına üz tutdum. Bu gün mağazada heç bir aksiya olmadığı və hava da soyuq olduğu üçün buralar da sənin istədiyin kimi boş idi. Satıcı xanım “necə kömək edə bilərəm” sualı, məni bir anlıq xəyalından uzaqlaşdırdı. Az qalırdı ondan səni istəyim, yalnız səni mənə qaytarmaqla kömək edə biləcəyini deyəcəkdim. Amma tez özümə-sənə, sənin xəyalına gəldim. Sənin sevdiyin ətri götürüb saatıma vurdum. Hər zaman sən belə edirdin- gün ərzində, səndən ayrı qaldığım vaxtda səni tez-tez xatırlamağım üçün belə edirdin. Ətrini vurdum, saata, qoluma, havaya vurub içimə çəkdim, amma eyni qoxunu ala bilmədim. Əslində anlamalı idim ki, gözəl olan ətir deyil, sənin qoxundur. Qoxusuna həsrət qaldığım, bütün qoxular artıq məni boğur.
Ehtiraslı Qadınım
Səni sevdiyin heç bir yerdə tapa bilmədim bu gün. Səfil kimi evə gəldim. Ev buz kimidir yenə. İşığı yanmır, törtöküntüdür otaq. Oxduğun kitabın səhifəsinə belə toxunmuram. Çarpayının yanında necə qoymusan elə də qalıb. Hər şey qoyub getdiyin kimidir. Bədəninin qoxusunu, hərarətimi yatağına qarışdıraraq alıram. Havanın soyuqluğu yox, sənsizlikdir məni donduran. Sənsizliklə vuruşmaqdan halsızlaşmışam. Sevgilim, bomboşdur sənsiz hər yerim. Çılğınlığını, dəliliyini, öpüşlərini, sevişmələrini, isti nəfəsini, toxunuşunu, özləyirəm, ürəyimin dərin yarası. Dəli gözlərin gözümün önündən getmir. Səndən sonra heç bir qadını yerinə qoya bilmədim. Çünki mənim qadınımı kimsə əvəz edə bilməzdi. Yadındadır sənə deyirdim bütün qadınlar qoxuludur, heç bir qadına toxuna bilmərəm. Bax səninlə də, sənsiz də gözümdə heç nə dəyişmədi. Ehtirasımı səninlə bədənimin ən dərin yerində basdırdım. Bir kişinin ağlamağı sənin üçün dəhşətli hadisə idi. Amma mən hər gün eyni dəhşəti yaşayıram. Sənsizlik ağırdır. Həzm edə bilmirəm. Bu evdə sənsiz gecələrin, gündüzlərin necə keçdiyini bilmirəm. Günlərlə özümü qara pərdələri olan bu qaranlıq otaqda itirirəm. Yenə gecə olacaq, yenə səhər açılacaq, yenə sən olmayacaqsan.
Çıldırdığım Qadınım
“Ölsəm cəsədim burda, ruhum İstanbulda olsun” deyirdin. İndi bir əlimdə bilet, bir əlimdə açar var. Qəbrinə gəlib cəsədinə qovuşum, yoxsa şəhərinə gəlib ruhuna?!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
18:55 25.06.2025
Kreml: AEBA-nın nüfuzu ABŞ-nin İrana zərbələrindən sonra sarsılıb
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
18:43 25.06.2025
İsrail Müdafiə Ordusu: İranın nüvə proqramına dəyən ziyanı qiymətləndirmək hələ tezdir
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
18:30 25.06.2025
Rusiya Yaxın Şərq və Asiyanın bir neçə ölkəsi ilə vizaların ləğvinə hazırlaşır
Jah Xalibin kariyerası bitir - SƏBƏB
18:06 25.06.2025
Jah Xalibin kariyerası bitir - SƏBƏB
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
17:48 25.06.2025
Ombudsman almaniyalı müvəkkili Ermənistanın mina terroru ilə bağlı məlumatlandırıb
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
17:33 25.06.2025
"Qarabağ"ın futbolçularının işğaldan azad olunmuş torpaqlarda yerli sakinlərlə birgə vaxt keçirmək borcudur"
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
17:15 25.06.2025
“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimatı keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik