İstanbulun Beyoğlu rayonunun İstiqlal küçəsində ehtiyacı olanlara pul payladıqlarını deyən 13 nəfər polis tərəfindən saxlanılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə maskalı bir qrup şəxsin ətrafa pul payladıqları görüntülərini sosial mediada paylaşmasından sonra gündəmə gəlib. Araşdırmalarda pul paylayan şəxslərin sosial mediada paylaşım edən bir qrup olduğu müəyyən edilib. Saxlanılan şəxslər internet vasitəsilə qazandıqları pulları ehtiyacı olanlara payladıqlarını deyiblər.
Həmin şəxslərin İstiqlal küçəsində ətrafa pul səpələdikləri, daha sonra isə Alkent məhəlləsindəki bir ünvana getdikləri müəyyən edilib. Bunun üzərinə polis qrupları sözügedən ünvanda əməliyyat keçirib. "İctimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə 13 nəfər saxlanılıb.
Şəbnəm