Ehtiyatda olan hərbçilərdən Netanyahunun oğluna SƏRT REAKSİYA

Ehtiyatda olan hərbçilərdən Netanyahunun oğluna SƏRT REAKSİYA
DÜNYA
10:43 24.10.2023
191
İsrailin Baş naziri Binyamin Netanyahunun oğluna tənqidlər getdikcə artır.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, HƏMAS-a qarşı döyüşə könüllü qoşulan İsrail əsgərləri İsrailin baş naziri Binyamin Netanyahunun oğlunu ABŞ-da qalaraq ölkəsini tərk etdiyinə görə qınayıblar.

Bu barədə İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan "The Times”a İsrailin ehtiyatda olan əsgərləri danışıb.
 
Netanyahunun böyük oğlu Yair bu ilin əvvəlində Floridaya köçüb və hələ də orada yaşayır. 
 
Təhlükəsizlik səbəbiylə adının açıqlanmasını istəməyən bir əsgər, "Mən cəbhədə olduğum müddətdə Yair Mayami Beach-də dincəlir", - deyib.

Yair heç vaxt döyüşçü olmasa da, məcburi hərbi xidmətini başa vurub və İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü bölməsində çalışıb.
 
Baş nazirin oğlu hökumətin məhkəmə islahatlarına qarşı nümayiş keçirən yüz minlərlə israillini "terrorçular” adlandırdıqdan və ABŞ-ı qiyamları maliyyələşdirməkdə ittiham etdikdən sonra ictimai rezonansa səbəb olub.

Adının açıqlanmasını istəməyən və İsrailin HƏMAS-a qarşı cənub cəbhəsinə təyinat almağa hazırlaşan başqa bir könüllü deyib:
 
"Mən Amerikadan qayıtdım, orada işim, həyatım və ailəm var idi. Bu, israillilər olaraq yaxın tariximizin ən birləşdirici anıdır və baş nazirin oğlu da daxil olmaqla, hər birimiz hazırda burada olmalıyıq".

Qeyd edək ki, Netanyahunun oğlu Yair sosial media hesabındakı son paylaşımında ABŞ-ın Nyu-York şəhərində poza verib.
  
Mikayıl
 

 


OXŞAR XƏBƏRLƏR